AZ

Ermənistanda Azərbaycan benzininin satış qiyməti açıqlanıb

Ermənistanın Azərbycandan idxal etdiyi “Aİ-95” markalı benzinin satış qiyməti açıqlanıb.

Bu barədə Ermənistanın “Birlik Qanadları” siyasi təşəbbüs qrupunun üzvü Raffi Aslanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, sabahdan etibarən idxal olunan “Aİ-95” benzini “Run Oil” şirkətinin yanacaqdoldurma məntəqələrində satılacaq və premium benzinin qiyməti 440 dram (1,97 manat) olacaq.

Xatırladaq ki, Azərbaycanda “Aİ-95” markalı benzinin satış qiyməti 1,60 manat təşkil edir.

MənbəMODERN.AZ
Seçilən
34
6
banker.az

7Mənbələr