AZ

İran Qərbin tələbi ilə Rusiya ilə münasibətləri kəsməyəcək

İran Avropa ölkələrinin tələbləri əsasında Rusiya ilə münasibətlərini dayandırmaq niyyətində deyil.

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai açıqlama verib.

Onun sözlərinə görə, Rusiya ilə əlaqələr qurmuş və bu ölkə ilə dostluq münasibətləri saxlayan hər bir dövlətin Avropanın tələbi ilə bu münasibətləri pozmasını gözləmək tamamilə məntiqsizdir: “Rusiya ilə münasibətləri olan bütün ölkələrin Avropanın istəyi ilə bu əlaqələri kəsməli olduğunu düşünmək rasional yanaşma deyil”.

İranlı diplomat bildirib ki, Avropa ölkələri ilk növbədə öz davranışlarına diqqət yetirməli və Ukraynada münaqişənin yaranma səbəblərini təhlil etməlidirlər: “Başqalarını tənqid etməzdən əvvəl onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı və əsassız ittihamlardan çəkinməlidirlər. Belə yanaşma problemin həllinə heç bir töhfə vermir”.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Seçilən
33
konkret.az

1Mənbələr