Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində işəgötürənlərlə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən görüşdə agentliyin fəaliyyət sahələri və məşğulluq proqramları barədə məlumat verilib.
Qurumun sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri qeyd olunub. İşğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görülən işlərdən bəhs olunub.
Görüşdə doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub, onların sualları cavablandırılıb, təklifləri dinlənilib.