AZ

QHT sədri: "Vətəndaş cəmiyyəti mənəvi dəyərlərlə güclənməlidir"

“Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi”nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı yalnız hüquqi və institusional mexanizmlərlə məhdudlaşmamalı, eyni zamanda cəmiyyətin mənəvi dəyərləri və sosial məsuliyyət anlayışı ilə dəstəklənməlidir.

Onun sözlərinə görə, bu yanaşma xüsusilə regionlarda icma fəallığının artmasına və insanların ictimai proseslərə daha şüurlu şəkildə qoşulmasına imkan yaradır:

"Dini-mənəvi dəyərlərin düzgün və balanslı şəkildə təqdim olunması cəmiyyətdə həmrəyliyin, qarşılıqlı hörmətin və dialoqun möhkəmlənməsinə xidmət edə bilər. Bu, qadınların, gənclərin və digər həssas qrupların ictimai həyatda daha aktiv iştirakına müsbət təsir göstərən amillərdən biridir. Gələcək dövrdə bu mövzuda aparılan təşəbbüslərin davamlı, inklüziv və praktik yönümlü olması vacibdir. Xüsusilə gənclərlə işin gücləndirilməsi, regionlarda maarifləndirici fəaliyyətlərin artırılması və gender bərabərliyi mövzusunda ardıcıl ictimai müzakirələrin aparılması cəmiyyətin ümumi inkişafına töhfə verə bilər."

Seçilən
50
qht.az

1Mənbələr