AZ

Rüşvət alan məhkəmə sədrinə AĞIR CƏZA – 15 il HƏBS

Rostov Vilayət Məhkəməsinin keçmiş sədrinə 15 il həbs cəzası verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Yelena Zolotaryovaya hökmləri yüngülləşdirmək üçün rüşvət almaqda təqsirli bilinib, ona rekord məbləğdə cərimə kəsilib.

Məlumata görə, Rostov Vilayət Məhkəməsinin sabiq rəhbəri Yelena Zolotaryovaya korrupsiya işi üzrə təqsirli bilinərək hökm oxunub.

Məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, sabiq hakim 170 milyon rubl (təxminən 2,9 milyon manat) məbləğində cərimə ödəyəcək.

İstintaq müəyyən edib ki, Zolotaryova ümumilikdə 21,4 milyon rubl (təxminən 370 min manat) məbləğində rüşvət alıb.

Bu vəsaitlər əsasən məhkəmə hökmlərinin ləğv edilməsi və ya cəzaların yüngülləşdirilməsi müqabilində əldə olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr