AZ

AKP sözçüsü: SDG razılaşmanın şərtlərini yerinə yetirməsə, Türkiyə planlı şəkildə hərəkət edəcək

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Suriya Demokratik Qüvvələri (SDG) 10 mart 2025-ci il tarixində imzalanmış 8 maddəlik razılaşmanın şərtlərini yerinə yetirmədiyi təqdirdə, Türkiyə planlı şəkildə hərəkət edəcəyini bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Çelik Türkiyə Silahlı Qüvvələri mümkün əməliyyatlara tam hazır olduğunu vurğulayıb:

“Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün hər zaman hazırlığımız var. Ali Baş Komandanımız göstəriş verərsə, ordumuz dərhal əməliyyata hazırdır. Lakin əsas arzumuz buna ehtiyac qalmamasıdır”- deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
apa.az

4Mənbələr