AZ

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “Açıq qapı” günü keçirib

Bakı, 22 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə hissəsində “Açıq qapı” günü tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri və müəllimlərinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı” günü tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulu və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
52
22
azertag.az

10Mənbələr