AZ

Göyçayda fərdi yaşayış evində yanğın başlayıb

Sia Az saytına istinadən ain.az xəbər verir.

Göyçayda güclü yanğın baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən fərdi yaşayış evində başlayan yanğın daha sonra digər evlərə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. İlkin mərhələdə güclü alov məhdudlaşdırılıb, ətraf ərazilər yanğından mühafizə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
4
sia.az

5Mənbələr