AZ

PSJ-nin gənc istedadına Almaniyadan ciddi təklif

Almaniyanın "Ayntraxt Frankfurt" klubu PSJ-nin ən istedadlı gənclərindən biri hesab olunan 17 yaşlı Matis Janjalı transfer etmək üçün yarışa qoşulub.

Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi artıq həm futbolçuya, həm də onun nümayəndələrinə öz idman layihəsini təqdim edərək transferdə nə dərəcədə ciddi olduğunu nümayiş etdirib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən gənc istedadın karyerasında bu addımın növbəti böyük sıçrayış olacağı gözlənilir.

PSJ-nin bu gənc ulduzunu heyətində saxlamaq və ya Frankfurt təmsilçisinin təklifinə necə cavab verəcəyi futbol ictimaiyyəti tərəfindən maraqla izlənilir.

Kamil Xudiyev

Seçilən
19
1
fanat.az

2Mənbələr