AZ

Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası iləTürkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

Trend xəbər verir ki, bubarəə Nazirlər Kabineti məlumat yayıb.

İclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və TürkiyəninVitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkəninmüvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə BirgəHökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

İclasda qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi vəmədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıqmünasibətləri birləşdirir.

2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və RəcəbTayyib Ərdoğan tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsininikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinəqaldırdığı bildirilib.

Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin vəsıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edənəsas amil olduğu bildirilib.

Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baştutduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin 19 iyun tarixində Türkiyəyə son səfərizamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimininkeçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə noyabrın 8-dəBakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuşhərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasidialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlarçərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlıdəstəkdən məmnunluq ifadə olunub.

Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətəmalik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və RəcəbTayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalqaləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləriqeyd edilib.

Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu vəsədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründətəşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha daartıracağına əminlik ifadə olunub.

Bu il TDT-də yeni formatın – Hökumətbaşçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstandakeçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbətiiclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaqTürkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğuqeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadipotensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcminidaha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcudolduğunu göstərir.

Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərəkəhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindənməmnunluq ifadə olunub.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerjilayihələrinin böyük regional və qlobal əhəmiyyət daşıdığıbildirilib.

Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq son aylardaAzərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı,onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilkdəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının YaxınŞərq regionuna çatdığı vurğulanıb.

Cari ilin mart ayında istismara verilən İğdır-Naxçıvan Təbii QazBoru Kəmərinin Naxçıvan Muxtar Respublikasının enerjitəhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığınqurulduğu bildirilərək bu gün Naxçıvan-Türkiyə enerji qovşağılayihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki,Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraqTürkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflərsırasındadır.

Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritetistiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasındaavtomobil və dəmir yolu nəqliyyatı ilə yük daşımaları sahəsindəəməkdaşlığın gündəliyində duran aktual məsələlər müzakirəolunub.

Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunundaşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.ƏsədovBTQ dəmir yoluna əlavə yük axınlarının cəlb edilməsi üçün səylərinartırılmasının önəmini qeyd edib.

Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyətkəsb etdiyi bildirilib.

Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası iləbirləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmalarınəhəmiyyəti qeyd olunub.

İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikolacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyivurğulanıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olanQars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasınınəhəmiyyəti qeyd edilib.

Azərbaycan və Türkiyənin həmçinin humanitar əlaqələrə böyükəhəmiyyət verdikləri bildirilib. Təhsil sahəsində əməkdaşlığaxüsusi diqqət yetirilib.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayanTürkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurluəməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yenifilialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədrisilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətəçatdırılıb.

Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, busahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağınaümidvarlıq ifadə olunub.

Eyni zamanda ətraf mühitin qorunması və iqlim dəyişikliyi iləmübarizə sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətiləC.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesindəAzərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazırolduğu diqqətə çatdırılıb.

İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvləriningündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet YılmazAzərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadiəməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasınınProtokolunu imzaladılar və ikitərəfli əməkdaşlığın aktualsahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planınıtəsdiqlədilər.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
38
26
az.trend.az

4Mənbələr