İki Avropa ölkəsində nadir sayılan cüzam xəstəliyinin yayılması narahatlıq doğurub.Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniya Səhiyyə Nazirliyi Kluj şəhərindəki spa mərkəzində çalışan iki masajistə cüzam diaqnozu qoyulduğunu açıqlayıb.Hakimiyyət orqanları 21 və 25 yaşlarında olan iki şəxsin İndoneziya vətəndaşı olduğunu və müalicəyə başladığını açıqlayıb. Cüzam xəstəliyindən şübhələnilən digər iki şəxs üçün də testlər aparılır.Səhiyyə naziri Aleksandru Roqobete spa mərkəzinə gələn vətəndaşlar üçün narahatlığa heç bir səbəb olmadığını bildirib və cüzamın ötürülməsinin uzun və yaxın təmas tələb etdiyini qeyd edib.Nazir Roqobetenin paylaşdığı məlumata görə, xəstələrdən biri bu yaxınlarda Asiyaya səyahət edib və təxminən bir ay anası ilə qalıb. Anası da eyni xəstəliklə bağlı xəstəxanada müalicə alır.Hadisədən sonra spa müvəqqəti olaraq bağlanıb və hərtərəfli araşdırma başlayıb. Rumıniya Səhiyyə Nazirliyi ölkədə sonuncu cüzam xəstəliyinin 44 il əvvəl baş verdiyini xatırladıb.Bu arada, Xorvatiyanın Split şəhərində tək bir cüzam hadisəsi qeydə alınıb. Xəstə müalicə alır və yaxın təmasda olanlara profilaktik yardım göstərilir. Səhiyyə rəsmiləri cəmiyyətə yoluxma riskinin son dərəcə aşağı olduğunu vurğulayıblar.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, cüzam dəri zədələnmələri, hissiyyat itkisi və sinir zədələnməsi kimi simptomlarla özünü göstərə bilər və erkən diaqnozla tamamilə müalicə olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


