Dünyanın ən yaşlı futbolçusu Kadzuyosi Miura Yaponiyanın 3-cü liqa təmsilçisi "Fukusima Yunayted"lə müqavilə bağlayıb.
Fanat.Az "Japan Today" portalına istinadən xəbər verir ki, bu, 58 yaşlı hücumçunun 1982-ci ildə başlayan peşəkar karyerasının 41-ci mövsümü olacaq.
"Fukusima Yunayted" Miuranın 19-cu klubudur.O, daha öncə "Santos" (Braziliya) və "Cenoa"da (İtaliya) oynamağa imkan tapıb. Kadzuyosi İtaliya A Seriyasında çıxış edən ilk yapon futbolçu kimi tarixə düşüb, Xorvatiya, Portuqaliya, Avstraliya çempionatlarında mübarizə aparmağa imkan tapıb. Yaponiya millisinin heyətində 89 oyuna çıxan ön xətt oyunçusu 55 qol vurub.
Nihat