AZ

Məşhur peterburqlu bəstəkar vəfat ETDİ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sankt-Peterburq bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Baneviç 84 yaşında vəfat edib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumatda bildirilib ki, bəstəkarla vida mərasimi ilə bağlı məlumatlar daha sonra açıqlanacaq.

Bəstəkarın musiqisi Rusiyanın ən böyük teatrlarında səhnələşdirilib, eyni zamanda Avstriya, Almaniya, Polşa, Slovakiya, İsveçrə və digər ölkələrdə nümayiş olunub.

Sergey Baneviçin musiqiləri “Nikkolo Paqanini”, “Professor Douelin vəsiyyəti”, “Qadın romanı”, “Aqitbriqada: Düşməni məhv et!”, “İki qadın” filmlərində, eləcə də “Pikvik klubu” televiziya tamaşasında səslənib.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
redaktor.az

2Mənbələr