AZ

ABŞ səfiri Danimarka XİN ə çağırıldı Nə baş verir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Danimarkanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsindən sonra bu ölkənin Danimarkadakı səfiri Ken Hauerini nazirliyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Lars Lökke Rasmussen TV 2 telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda səfirlə görüş keçiriləcək və rəsmi Kopenhagen iki əsas tələblə çıxış edəcək: məsələyə aydınlıq gətirilməsi və ABŞ tərəfinin izahat verməsi. Rasmussen Danimarka Krallığının suverenliyinin şübhə altına alınmasının qəbuledilməz olduğunu vurğulayıb.

Danimarka hökumətinin başçısı Yens-Frederik Nilsen isə bildirib ki, ABŞ-ın xüsusi nümayəndə təyin etməsi mövcud vəziyyəti dəyişmir və Qrenlandiya gənlandiyalıların ərazisi olaraq qalır.

“Biz yenidən ABŞ prezidentinin Qrenlandiya ilə bağlı yeni bəyanatı ilə oyandıq. Xüsusi nümayəndənin təyinatı böyük addım kimi görünə bilər, amma bizim üçün heç nəyi dəyişmir. Qrenlandiya gənlandiyalılara məxsusdur və ərazi bütövlüyünə hörmət edilməlidir. Biz ABŞ da daxil olmaqla digər ölkələrlə əməkdaşlığa açığıq”, – deyə Nilsen Facebook hesabında yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
konkret.az

2Mənbələr