AZ

Metroya 244,8 milyon manat məbləğində faizsiz kredit verilib

BAKI, 22 dekabr. TELEQRAF

“Bakı Metropoliteni” QSC fevralın 20-də Maliyyə Nazirliyindən ilin sonunda geri qaytarılmaq şərti ilə 244 milyon 800 min manat məbləğində faizsiz kredit alıb.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, əsas tikinti və təmir işlərinin həyata keçirilməsi, vaqonlar da daxil olmaqla yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi üçün şirkətə 73 milyon 630 min manat kapital vəsaiti kimi verilib.

Eyni zamanda, hökumət aşağı sərnişindaşıma tarifləri nəticəsində yaranmış zərərlərin qarşılanması məqsədilə “Bakı Metropoliteni” QSC- yə 42 662 manat məbləğində subsidiya ayırıb.

Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tarif artımını təsdiqləyib. Qərara əsasən, 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifi 50 qəpikdən 60 qəpiyə qaldırılıb.

Seçilən
84
teleqraf.com

1Mənbələr