AZ

Səfir Qismət Gözəlov Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimində çıxış edib

Bakı. Trend:

22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-inBeynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri,Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu BerdiməhəmmədovunTürk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcüməedilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimikeçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi məlumatyayıb.

Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimovanın vəTürkmənistanın xaricidəki diplomatik nümayəndəliklərininrəhbərlərinin iştirakı ilə baş tutan tədbirdə ölkədə akkreditəolunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları,media nümayəndələri, həmçinin, müəllimlər, tələbələr və ictimaiyyəttəmsilçiləri iştirak ediblər.

Konfransda M.Başimova, səfir Qismət Gözəlov, TürkmənistanınAzərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Türkmənistan-Azərbaycanparlamentlərarası işçi qrupunun Türkmənistan tərəfindən rəhbəriAnnamuhammet Sarcayev, Türkmənistan XİN-in Beynəlxalq Münasibətlərİnstitutunun rektoru Gülşat Yusupova və Türkmənistan ElmlərAkademiyasının Maxtumquli adına Dil, Ədəbiyyat və Əlyazmalarİnstitutunun elmi katibi Kakacan Canbekov çıxış ediblər.

Səfir Q.Gözəlov çıxışında vurğulamışdır ki, QurbanquluBerdiməhəmmədovun “Ağlın gövhəri” kitabının Azərbaycan oxucusunaçatdırılması bu dəyərli əsərin tanıdılması baxımından xüsusiəhəmiyyət daşıyır. Eyni zamanda, “Ağlın gövhəri” kitabınınAzərbaycan dilində nəşri xalqlarımız arasında mədəni-humanitarəlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Əsər Azərbaycanoxucularına türkmən xalqının tarixi, zəngin mənəvi dəyərləri,həmçinin Türkmənistanda elmin, təhsilin və mədəniyyətin inkişafıbarədə geniş və dolğun təsəvvür yaradır. Bununla yanaşı, “Ağlıngövhəri” əsəri xalqlarımızın ortaq mənəvi dəyərlərinin, tarixiköklərinin və qardaşlıq ənənələrinin parlaq təcəssümüdür. ƏsərinAzərbaycan dilinə tərcümə edilməsi ədəbi-mədəni əməkdaşlığa yeninəfəs verir, türk xalqları arasında mövcud olan mənəvi körpünü dahada möhkəmləndirir.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərətoxunan səfir Q.Gözəlov, ölkələrimiz arasındakı qardaşlıq vəstrateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətli inkişaf yolukeçərək 2025-ci ildə ölkə liderlərinin siyasi iradəsi ilə daha damöhkəmləndiyini, qarşılıqlı etimad və dostluq prinsipləri üzərindəgenişləndiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, AzərbaycanlaTürkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluqdoğurur, son dövrlər baş tutan ali və yüksək səviyyəli qarşılıqlısəfərlər, görüşlər və diplomatik təmaslar ikitərəfli dialoquintensivləşdirmiş, bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçünmöhkəm zəmin yaradıb.

Həmçinin, səfir çıxışında Türkmənistanın daimi tərəfsizliyinintanınmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmış vəbu xüsusda ölkədə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətinətoxunmuşdur. Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınandaimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və1995-2025-ci illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismindəqoşulduğu bildirilir.

Eyni zamanda, Səfir Q.Gözəlov konfransda Türkmənistan mediasınamüsahibə verib.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

5Mənbələr