AZ

Zaqatala ilə oyunda məqsədimiz yalnız qələbədir Röyal Nəcəfov

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-ci Liqanın 12-ci turunun maraqlı qarşılaşmalardan biri də Buzovnada keçiriləcək. Cari mövsüm adından söz etdirən, hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "Baku Sportinq" 17 xala malik "Zaqatala"nı qəbul edəcək. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi ağır oyun gözləyir. "Zaqatala" bu liqanın ən təcrübəli, ən yaxşı komandalarından biridir. Son vaxtlar daha yaxşı çıxışla diqqət çəkirlər. Rəqib çempionatın ən ağıllı müdafiə olunan komandalarındandır. "Zaqatala" "ev komandası" kimi tanınır, amma hazırda səfərdə çox yaxşı performans sərgiləyir. Son turda öz meydanlarında MOİK-ə 1:3 hesabı ilə uduzsalar da, 10-cu turda Binədə "Şəfa" ilə 1:1 hesablı heç-heçə etmişdilər. Rəqibi təhlil etmişik, oyuna həmişə olduğu kimi, ciddi hazırlaşmışıq. "Zaqatala" ilə oyunda məqsədimiz yalnız qələbədir. Çalışacağıq ki, qalib gələrək üst pillələrdə möhkəmlənək. İlin son oyunudur. Azarkeşlərimizi sevindirmək istəyirik".

Qeyd edək ki, dekabrın 24-də baş tutacaq "Baku Sportinq" - "Zaqatala" qarşılaşması 14:30-da başlayacaq.

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
fanat.az

2Mənbələr