AZ

Gültəkin Hacıbəylinin sərvəti: “Ramiz Mehdiyevin sayəsində bu qədər var-dövlətə sahib olub”

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli ilə yeni məlumatlar yayılıb. 

Belə ki, Hacıbəylinin milyonluq mülklərinin siyahısı -  evləri, villaları və torpaq sahələrinin olduğu üzə çıxıb. G.Hacıbəylinin bunları hansı pulla əldə etdiyi  müəammalıdır. Istisna deyil ki, G.Hacıbəyli bu mülkləri Prezident Administrasiyasının sabiq keçmişi Ramiz Mehdiyevin siyasi oyunlarında iştirak qarşılığında əldə etdiyi deyilir. 

AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Gültəkin Hacıbəyli uzun illər ərzində Ramiz Mehdiyevə xidmət edib: 

“Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə deputatları və icra başçılarını belə özü seçirdi. 

İstəmədiyi adamların adlarının üzərindən xətt çəkir, istədiyinə  razılıq verirdi. Yəni onun sistemi belə işləyirdi. Elə Gültəkin Hacıbəyli də Ramiz Mehdiyevin təyinatı ilə deputat seçilmişdi. Lakin Hacıbəyli seçkidən sonra bir dəfə də Goranboya getmədi, oranın problemləri ilə maraqlanmadı”. 

Sədr müavini Gültəkin Hacıbəylinin müxalifətə keçməsinin səbəblərindən də danışıb: 

“İqtidarda kim “vurulur”sa, artıq lazım olmadığı üçün müxalifətə keçir. Üstəlik, müxalifətdə də belə adamları başa otuzdururlar. Bizdə müxalifətin uğursuzluğu da bundadır. 

Mən heç vaxt Gültəkin Hacıbəylini müxalifətçi saymamışam. Deputat olduğu zamanda müxalifət düşərgəsinə keçsəydi, müxalifətçi saymaq olardı. Ancaq o, mandatı əlindən alınandan sonra müxalifətçilik etməyə başladı. İnsanların yaddaşı zəif olduğu üçün elələrinə inanırlar. Ona görə belə mənzərə yaranır”. 

Əhəd Məmmədli qeyd edib ki, Gültəkin Hacıbəylinin bu qədər əmlaka sahib olması normal deyil: 

“Ramiz Mehdiyev uzun illər ərzində de-fakto ölkənin ikinci adamı idi və bundan öz məqsədləri üçün istifadə edirdi. Gültəkin Hacıbəyli də onun sayəsində bu qədər var-dövlətə sahib olub. Onun bu qədər çox mülkünün olması anormaldır. Deməli, dövlət büdcəsindən qeyri-qanuni yolla varlanıb”. 

Seçilən
68
cebheinfo.az

1Mənbələr