“Oskar Tikinti Ticarət” MMC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb. İllik müqayisə göstərir ki, şirkətin xalis mənfəətində ciddi azalma baş verib. 2024-cü ildə xalis mənfəət təxminən 204 min manat olub. Bu, 2023-cü ildəki 665 mln. manat göstəricisi ilə müqayisədə 69.36% azalma deməkdir.
Banker.az xəbər verir ki, əsas əməliyyat gəlirləri 2 milyon 648 min manatdan 1 milyon 108 min manata enib. Satışın maya dəyəri 1 milyon 590 min manatdan 190 min manata qədər azalıb, ümumi mənfəət isə 1 milyon 57 min manatdan 917 min manata düşüb.
İnzibati xərclərin artması nəticəsində şirkət ili 285 min manat əməliyyat zərəri ilə başa vurub. Balansda aktivlər 1 milyon 852 min manatdan 1 milyon 835 min manata enib, kapital isə 666 min manatdan 870 min manata yüksəlib.
Xatırladaq ki, “Oskar Tikinti Ticarət” MMC əsasən tikinti sahəsində fəaliyyət göstərir. Şirkət yol tikintisi, stansiya tikintisi, fasad işləri, hidrotexniki işlər, sənaye və mülki obyektlərin tikintisi kimi geniş sahələrdə xidmət göstərir. Şirkət 1997-ci ildə təsis edilib və nizamnamə kapitalının 100%-i Anar Bəxtiyar oğlu Quliyevə məxsusdur.