AZ

Azərbaycan Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni Fəaliyyət Planının detalları məlum olub.

APA-nın xəbərinə görə, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib ki, Azərbaycan və Türkiyə birgə sənaye təlim mərkəzləri yaradacaq.

Türkiyə vitse-prezidenti qeyd edib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişinin imzalanması, səhiyyədən turizmə, bankçılığa qədər geniş bir sahədə təcrübə mübadiləsi proqramları da Fəaliyyət Planında yer alacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
apa.az

5Mənbələr