AZ

Yaponiya bu AES-i yenidən istifadəyə verdi

Yaponiyada uzun illər davam edən modernizasiya və təhlükəsizlik yoxlamalarından sonra dünyanın ən böyük atom elektrik stansiyası olan “Kaşivadzaki–Kariwa” AES-in yenidən istismara verilməsinə hazırlıq görülür.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Niigata prefekturasının qubernatoru Hideyo Hanadzumi stansiyanın yenidən işə salınmasına razılıq verib. O bildirib ki, görülən təhlükəsizlik tədbirləri ən sərt beynəlxalq standartlara tam uyğundur və AES-in fəaliyyəti regionun sabit inkişafı baxımından zəruridir.

Hazırda stansiyanın operatoru olan Tokyo Electric Power Company (TEPCO) yenidən işə salınma üçün son hazırlıq mərhələsini başa çatdırır.

Qeyd edək ki, “Kaşivadzaki–Kariwa” AES 2011-ci ildə Yaponiyada baş verən “Fukuşima-1” atom qəzasından sonra tamamilə dayandırılmışdı. Həmin vaxtdan etibarən stansiyada genişmiqyaslı modernizasiya işləri aparılıb və qoruyucu sistemlər dəfələrlə yoxlanılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
73
1
konkret.az

2Mənbələr