AZ

Bakı Metrosundan XƏBƏRDARLIQ - Bu halda kartınız bloklanacaq

Son günlər sosial şəbəkələrdə Bakı Metropoliteni ilə bağlı müzakirələrə səbəb olan bir iddia yayılıb. Bildirilir ki, balansında vəsait olmayan bəzi bank kartları ilə metro stansiyalarında turniketlərdən keçmək mümkün olur. Bu iddia qısa zamanda geniş yayılaraq müxtəlif suallar doğurub və bəzi istifadəçilər bunu ödəniş sistemində texniki boşluq kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı verilir. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanır:

"Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür", - deyə QSC-nin məlumatında vurğulanıb.

Banu Hüseynli

Seçilən
49
1
far.az

2Mənbələr