AZ

FBA Sabah Abşeron Lions matçındakı hakimliklə bağlı açıqlama yaydı

ain.az, Operativmedia portalına istinadən məlumat yayır.

Azərbaycan Basketbol Liqasında 10-cu turda "Sabah" və "Abşeron Lions" (97:101) komandaları arasında oyun keçirilib.

Operativ Media xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası həmin oyundakı  hakimliklə bağlı açıqlama yayıb.

"Hər kəsin bildiyi kimi, Azərbaycan Basketbol Liqası (ABL) üç hakimlik sistemində fəaliyyət göstərir. Lakin, bu oyunda olduğu kimi, fors-major vəziyyət yaranarsa, FIBA qaydalarına əsasən, oyunun iki hakimlə başlamasına, üçüncü hakimin daha gec gəlməsinə və ya hətta oyunun iki hakimlə bitməsinə qadağa yoxdur.

Bu səbəbdən, sözügedən matçda yaranan fors-major hallar səbəbindən hər iki klubdan oyuna iki hakimlə başlamaq istənildi və daha sonra klubların qarşılıqlı razılığı ilə matç iki hakimlə başladı və ilk hissədə üçüncü hakimin meydana çıxması ilə oyun davam etdi və üç hakimlə başa çatdı.

Digər bir məsələ idarəetmə ilə bağlıdır. Matçın ətraflı təhlili göstərdi ki, oyun boyu hər iki komanda həm böyük, həm də kiçik hakim səhvlərinə yol verib. Lakin bu səhvlərin nəticəyə birbaşa təsir etmədiyi qənaətinə gəlinib. Buna baxmayaraq, intizam tədbirləri görülməsi və matçı idarə edən hakimlərin cəzalandırılması qərara alınıb", - deyə bəyanatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
operativmedia.az

1Mənbələr