AZ

O, pulunu bölsə, hər bir Azərbaycan vətəndaşına 74 min manat düşəcək

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Forbes” jurnalının hesablamasına görə, İlon Maskın sərvəti 749 milyard dollara çatıb.  Yəni onun sərvəti Azərbaycan büdcəsindən 33 dəfə, Gürcüstan büdcəsindən 61 dəfə, Ermənistan büdcəsindən 92 dəfə çoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, iş adamı Cənubi Qafqaz ölkələrini indiki büdcə parametrləri ilə 17 il, yəni 2042-ci ilə qədər təkbaşına dolandıra bilər:

“2026-cı il Azərbaycan büdcəsinin gəlir hissəsindən adambaşına 2230 dollar, Gürcüstanda 3086 dollar, Ermənistanda isə 2630 dollar düşür. İlon Mask bütün var-dövlətini 3 Cənubi Qafqaz ölkə əhalisi arasında bərabər bölsə, hər bir insana 44 min dollar (təxminən, 74 min manat) düşər”.

Xatırladaq ki, amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

“Forbes” jurnalının məlumatına görə, onun sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına “Tesla” şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı. Nəşrin hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
2
globalinfo.az

3Mənbələr