AZ

Sumqayıtın bir hissəsində qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində diametri 89 mm olan qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Seçilən
57
11
avtosfer.az

10Mənbələr