FİFA 2025-ci ilin son reytinq cədvəlini açıqlayıb.
Msport.az xəbər verir ki, Azərbaycan 1132,97 xalla 127-ci yerdədir.
Siyahıya 1877,18 xalla İspaniya başçılıq edir. Argentina 2-ci, Fransa 3-cü yeri tutur.
Postsovet məkanı ölkələrindən Ukrayna 28-ci, Rusiya 33-cü, Özbəkistan 50-ci, Gürcüstan 73-cü, Belarus 99-cu, Qırğız Respuplikası 104-cü, Ermənistan 106-cı, Qazaxıstan 114-cü pillədədir.
Qeyd edək ki, AFFA-nın İnkişaf Strategiyasında Azərbaycanın 2028-ci ildə ən yaxşı 75 komanda arasında olması nəzərdə tutulub.