AZ

Ali Attestasiya Komissiyası deputata məxsus olduğu bildirilən şirkətdən inzibati bina üçün mebel alır

Ali Attestasiya Komissiyası inzibati bina üçün mebel alır.

 

Pravda.az-ın xəbərinə görə, satışı deputat Məşhur Məmmədova məxsus olduğu bildirilən “Embawood” MMC həyata keçirəcək.

 

Satınalmanın dəyəri 1 791 295 AZN-dir.

 

Tərəflər arasında müqavilə bağlanıb, icraya başlanılıb.

 

Qeyd: “Embawood”un qanuni təmsilçisi Emil Vaqif oğlu Əliyev olsa da, şirkətin deputat Məşhur Məmmədova məxsus olduğu bildirilir. İstehsal olunan mebellərlə bağlı sosial şəbəkələrdə xeyli məlumatlar yer alır. Bildirilir ki, xüsusilə divanlar keyfiyyətsizdir.

 

Cabir

Tarix: 22 Dekabr 2025, 16:24   
Seçilən
90
pravda.az

1Mənbələr