“Mançester Yunayted” ciddi itki ilə üzləşib.


Rekord.az xəbər verir ki, komandanın kapitanı Bruno Fernandes “Aston Villa”ya qarşı keçirilən Premyer Liqa matçında zədələnib.


Ruben Amorimin rəhbərlik etdiyi “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi dünən baş tutan və 1:2 hesablı məğlubiyyətlə yekunlaşan matçın fasiləsində əvəzlənib. İlkin ehtimallar portuqaliyalı futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağını göstərir. Bu isə “Mançester Yunayted” tarixində ilk dəfədir ki, komanda Fernandes olmadan bu qədər uzun müddət keçirməli olacaq.


31 yaşlı futbolçu 2020-ci ilin yanvarında “Mançester Yunayted”ə transfer olunub.