Bakı, 22 dekabr, AZƏRTAC
Hərarəti yüksələn uşaqlar, dolub-daşan xəstəxanalar... Havaların soyuması ilə birlikdə viruslar yenidən gündəmə gəlib. Son günlər ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında ciddi artım müşahidə olunur. Həkimlər xəbərdarlıq edirlər ki, bu viruslar xüsusilə uşaqlar və risk qrupuna daxil olan şəxslər üçün ağır fəsadlara yol aça bilər.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında.