Sevastopolda “Espanola” briqadasının komandiri güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Priqojinlə müqayisə edilən “İspan” ləqəbli Stanislav Orlovun silah alverində şübhəli bilindiyi deyilir.
Məlumata görə, Sevastopolda hüquq-mühafizə orqanlarının əməkdaşları 88-ci “Espanola” briqadasının komandiri Stanislav Orlovu güllələyiblər.
Artıq Yevgeni Priqojin və “Motorola” ilə müqayisə edilən “İspan” (İspanets) ləqəbli komandir dekabrın 4-də son həftələr yaşadığı “Flotskiy” bağ evləri massivindəki bağ evində öldürülüb.
Şahidlərin sözlərinə görə, hərbçi atışma zamanı təslim olmaq əvəzinə müqavimət göstərməsə də, cavab atəşi açmayıb.
“Espanola”nın keçmiş döyüşçülərinin məlumatına görə, “İspan”ın saxlanılmasına cəhdin səbəbi onun silah ticarətində və mütəşəkkil cinayətkar dəstədə iştirakda şübhəli bilinməsi olub.
Xuraman Etibarlı
İnterpress.az