AZ

Ümid edirəm ki, Mingəçevirdəki matçda sevinən tərəf biz olarıq Şahdağ Qusar ın baş məşqçisi

ain.az, Fanat portalına istinadən məlumat verir.

1-ci Liqanın 12-ci turunun maraqlı qarşılaşmalardan biri də Mingəçevirdə baş tutacaq. Son turlarda uğurlu performansla diqqət çəkən "Şahdağ Qusar" çempionluq uğrunda mübarizə aparan, hazırda 20 xalla 4-cü pillədə mövqe tutan "Mingəçevir"in qonağı olacaq. Qusar təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ağır səfərə yollanacağıq. "Mingəçevir" həqiqətən yaxşı komandadır. Rəqibin heyətində fərdi keyfiyyətləri ilə seçilən futbolçular, yaxşı legionerlər var. Amma mən heç vaxt futbolçularımdan 1 xal istəmirəm. Hər oyuna 3 xal üçün çıxırıq. Həmişə futbolçularıma turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, bütün rəqiblərə hörmətlə yanaşmalı olduğumuzu xatırladıram. Fikrimcə, maraqlı oyun olacaq. İstəyim budur ki, yekunda biz sevinək. Çünki xallara ehtiyacımız var. Hər iki komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, Mingəçevirdəki matçda sevinən tərəf biz olarıq".

Qeyd edək ki, dekabrın 24-də baş tutacaq "Mingəçevir" - "Şahdağ Qusar" qarşılaşması 14:00-da başlayacaq.

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
fanat.az

2Mənbələr