Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-a məlumat daxil olub.
Bildirilir ki, Mehriban Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə 1987-ci ildə Şuşa Mədəni-Maarif Məktəbində başlayıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında çalışıb. Əmək fəaliyyəti ərzində laborant, böyük laborant, müəllim, baş müəllim, “Musiqi sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışıb.
M. Qasımova 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, eyni ildə “Sənətşünaslıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.