Tbilisi, 22 dekabr, AZƏRTAC
Bütün hücumlara, siyasi təzyiq və etiket cəhdlərinə baxmayaraq, 2026-cı ildə bizim bələdçimiz məhz sülh doktrinası olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan patlamentinin sədri Şalva Papuaşvili səfirlər konfransındakı çıxışı zamanı söyləyib. "Bu, bizim əsas strategiyamız, müdrikliyimiz və biliyimizdir və istənilən taktiki və ya əməliyyat qərarı buna əsaslanmalıdır. Gürcüstan hökuməti suverenliyə və milli maraqlara hörmət edən hər kəslə konstruktiv dialoqa açıqdır. Təzyiq, şantaj və siyasi əxlaq dialoqu əvəzi edə bilməz", - deyə Papuasvili vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanın suverenliyi sadəcə siyasi status deyil - bu, milli kimliyin təməlidir. Suverenliyi qorumaq təcrid demək deyil. Bu, bərabərliyə, müstəqil qərarlara və milli prioritetlərə əsaslanan əməkdaşlığı nəzərdə tutur. Gürcüstan bu prinsiplərə əsaslanaraq istənilən ölkə və ya təşkilatla münasibətləri dərinləşdirməyə hazırdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi