AZ

Əhməd İsmayılov: Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır

Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır.

Aznews.az xəbər verir ki, bunu “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir:

“Rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin çox zaman dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir. Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır.

Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir.

Seçilən
27
8
aznews.az

10Mənbələr