AZ

CAR da naməlum şəxslər 10 nəfəri öldürdü

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında naməlum şəxslərin açdığı atəş nəticəsində 10 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qızıl mədənlərinin olduğu Bekkersdal adlandırılan ərazidəki silahlı insident nəticəsində daha 10 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin motivləri bəlli deyil. Cinayətkarların axtarışı hələlik bir nəticə verməyib.

Ümumiyyətlə, CAR-da bu tip hadisələr tez-tez törədilir. Təsadüfi deyil ki, Yohannesburq bir neçə ildir adam başına düşən qətllərə görə dünyada lider şəhərdir.

Söz düşmüşkən, dekabrın əvvəlində Solsvill şəhərindəki yataqxanaların birindəki atışmada 12 nəfər ölmüş, 14 nəfər yaralanmışdı.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
525.az

1Mənbələr