AZ

Türklər Sergey Yuranın oğlunu və daha 3 rusu komandadan kənarlaşdırdılar

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Müdafiəçilər Kiril Qotsuk, Dmitri Tixi, Artyom Yuran və yarımmüdafiəçi İlya Berkovski Türkiyənin 1-ci Liqa təmsilçisi "Serikspor"dan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı "FNL with Ilyev" Telegram kanalı yayıb. 

Mənbənin məlumatına görə, 33 yaşlı Qotsuk "Torpedo"ya keçəcək və onunla 1,5 illik müqavilə imzalanacaq.

Berkovskinin prioriteti Rusiya Premyer Liqasına keçmək olacaq. Onun həmçinin Birinci Liqada "Rotor" və Türkiyənin "Rizespor" klubları ilə də seçimləri var.

Tixi Ulyanovskın "Volqa"sına keçə bilər.

Artyom Yuranın "Serikspor"dan ayrıldığı "Transfermarkt" tərəfindən təsdiqlənib.

Qotsuk Türkiyə təmsilçisində 17 oyun keçirib və 1 qol vurub.

25 yaşlı Berkovski "Serikspor"da 16 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

28 yaşlı Yuran Türkiyə klubunda 5 oyun keçirib.

33 yaşlı Tixi isə 1-ci Liqa komandasında 7 matçda forma geyinib.

Qeyd edək ki, Artyom vaxtilə Azərbaycanda "Simurq"u çalışdırmış Sergey Yuranın oğludur. Onu, eləcə də digər rusiyalı futbolçuları yayda "Serikspor"a baş məşqçi təyin olunan ata-Yuran aparmışdı. Ancaq o, uğursuz nəticələrə görə oktyabrda postundan qovulub.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
fanat.az

2Mənbələr