AZ

Qlobal miqyasda qəbul olunan lider- ÖZƏL

"Azərbaycan Prezidentinin dünya siyasətində artan rolu aparıcı dövlətlərin münasibətində də aydın şəkildə hiss olunur. ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoyması, strateji əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ölkəmizə olan etimadın göstəricisidir. Bu proseslər Prezident İlham Əliyevin ardıcıl və praqmatik siyasətinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu  YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri Əminə Məhərrəmova deyib: "ABŞ Prezidenti Donald Trampın Azərbaycan liderinə göstərdiyi diqqət və yüksək qiymət iki ölkə arasında münasibətlərin inkişafına verilən önəmi əks etdirir. Uzun illər tətbiq olunan 907-ci düzəlişin dayandırılması Azərbaycanın haqlı mövqeyinin qəbul edildiyini göstərən mühüm siyasi addımdır. Bu qərar həm də Prezident İlham Əliyevin diplomatik uğurunun nümunəsidir.
Dövlət başçısının beynəlxalq liderlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunması Azərbaycanın gələcək perspektivlərini daha da möhkəmləndirir. İlham Əliyevin sözü ilə imzasının eyni dəyərə malik olması ölkəmizin beynəlxalq münasibətlərdə qazandığı nüfuzun göstəricisidir. Bu gün Azərbaycan güclü liderin rəhbərliyi ilə inamla irəliləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
55
olaylar.az

1Mənbələr