AZ

Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib (FOTO)

Bakı. Trend:

22–27 sentyabr 2026-cı il tarixlərində Çin Xalq RespublikasınınŞanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalqyarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıqmərhələsinə start verilib. Dünyanın 89 ölkəsindən 1000-dən çoxiştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformadaAzərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrəDövlət Agentliyi və “WorldSkills Azərbaycan”ın birgə stratejiəməkdaşlığı çərçivəsində həyata keçirilir.

Seçim turları və yarışa hazırlıq prosesi İRİA-nın nəzdindəfəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkilolunur. Bu mərhələlər milli kiberkadr potensialının beynəlxalqstandartlara uyğun formalaşdırılmasını, gənc mütəxəssislərinpraktiki bacarıqlarının gücləndirilməsini və qlobal miqyasdarəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı20 dekabr 2025-ci il tarixində Azərbaycan KibertəhlükəsizlikMərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib.CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinəəsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək,analitik düşüncə, texniki çeviklik və problem həll etməqabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platformasıüzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğunşəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performansgöstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışınavəsiqə qazanacaq.

CTF-2 mərhələsi 2026-cı ilin yanvar ayında 20 namizəd arasındakeçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən seçiləcək 10 namizəd2026-cı ilin fevral–avqust ayları ərzində AzərbaycanKibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunacaq intensiv vəməqsədyönlü təlim proqramına cəlb ediləcək. Təlim proqramıbeynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərindərinləşdirilməsi, praktiki səriştələrin artırılması və qlobalkibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərinhazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2iştirakçı “WorldSkills Shanghai 2026” beynəlxalq yarışındakibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.

Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsindədayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, millipotensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanınbeynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinəmühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektivəməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsalgələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyatakeçirilməsini təmin edir.

Azərbaycanı
Azərbaycanı
Azərbaycanı
Azərbaycanı
Azərbaycanı
Seçilən
51
6
az.trend.az

7Mənbələr