AZ

İynə vuraraq ölümə səbəb olan tibb bacısı azadlığa buraxıldı

Ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirləndirilərək məhkum olunan tibb bacısı cəzasının çəkilməmiş hissəsindən azad edilib.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, tibb bacısı Şəfaqət Bağıyeva Amnistiya aktının icrası nəticəsində bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

Qeyd edək ki, Ş.Bağıyeva Abşeron Tibb Mərkəzində tibb bacısı işləyib. Onun iynə vurduğu şəxs şok keçirərək vəfat edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay azadlıqdan məhrum edilib.

"Cebheinfo.az"

Seçilən
22
2
cebheinfo.az

3Mənbələr