AZ

Məşhur müğənni saxlanıldı

Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun narkotik və psixotrop maddələrlə bağlı apardığı istintaq çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyat keçirilib.

KONKRET.az xəbər verir ki, şübhəlilər arasında olan müğənni Yusuf Güney istintaq çərçivəsində tibbi müayinədən keçib.

Bir neçə gün öncə həyata keçirilən əməliyyatlar zamanı o, evində tapılmamışdı.

Xatırladaq ki, ötən həftə aktrisa İrem Sak, müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və Mümine Sena Yıldız da eyni istintaq çərçivəsində saxlanılmışdılar.

Seçilən
46
1
konkret.az

2Mənbələr