AZ

Psixoloqdan tənqid: “Valideynlər övladlarını deyil...”

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Valideynlər çox zaman övladlarını həddindən artıq nəzarətdə saxlayaraq onları qoruduqlarını düşünürlər”.

Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bu cür “qoruma” övladlarında özünəinamı azaldaraq qərar verməkdə çətinlik çəkmələrinə səbəb olur:

“Ən pis variantda isə ümumiyyətlə qərarı başqalarının verməsinə qədər gətirib çıxarır. Unutmayın ki, uşaqlarınıza seçim haqqı verməyiniz onlarda özgüvəni formalaşdırmaq üçün ən ideal vasitədir. Qərar vermə haqqına sahib olduğunu bilməlidir ki, önəmli olduğu düşüncəsi formalaşsın. Valideynlər sevgilərini də doğru göstərməlidirlər.

Yəni övladını yaxşı oxuduğu üçün deyil, onu olduğu kimi sevməlidir. Hətta deyərdim ki, uşaqlarının sözlərini kəsmədən və gözlərinə baxaraq dinləməlidirlər. Eyni zamanda, qısa da olsa, birlikdə vaxt keçirməlidirlər”.

Psixoloq qeyd edib ki, valideynlər övladlarını deyil, onların hərəkətlərini tənqid etməlidirlər:

“Valideynlər əminliklə bilməlidirlər ki, sevgi nəzarət və ya qorxu hər hansısa şərtlər üzərində qurulmamalıdır. Övladla sevgi hər şeyə rəğmən qurulmalıdır. Ümumiyyətlə, övlada sevgini hiss etdirəndə, ona sərbəst qərar vermə imkanı verəndə məsuliyyəti başqalarına atmayacaq və səhv etməkdən qorxmayacaq”.

Onun sözlərinə görə, uşağa yaşına görə seçimlər vermək onun özgüvənini formalaşdırır:

“Valideynlər uşağın fikri ilə razı olmasalar belə, dinləsinlər. Nə geyinəcəyini özünün seçməsi və fikrini rahat ifadə edə bilməsi ona önəmli olduğunu hiss etdirəcək. Dinlənilən uşaq gələcəkdə özü də dinləməyi bacaracaq. Valideynlər bəzən özlərini də tənqidə meyilli olurlar. Bu isə uşaqlarda inamı azaldır. Hesab edirəm ki, özünə inamlı valideyindən özünə inamlı övlad formalaşar”.

Elmir 

“Cebheinfo.az”

Açar sözlər:

Psixoloq təndiq valideyn

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr