Bakı. Trend:
Azad olunan ərazilərdə dekabrın 15-dən 21-nə qədər 145 piyadaəleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat(PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər verir ki, ANAMA-nın azad edilmişərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarıilə bağlı həftəlik məlumatında qeyd olunub.
Məlumata əsasən, 1 299 hektar ərazi minalardan təmizlənib.
Bildirilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun Bağanıs Ayrım,Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyatakeçirib.