AZ

BATE-dən gələn cinah oyunçusundan imtina olundu - SON DƏQİQƏ

Premyer Liqanın ilk yarısında qeyri-sabit qrafik cızan “Kəpəz”də “yarpaq tökümü“ güclənib.

Komandanı Adil Şükürovun “tör-töküntülər“indən təmizləmək yolu seçən Azər Bağırov daha bir legionerin xidmətindən imtina edib.

Baş məşqçinin üstündən çəkdiyi əcnəbi Klesus Donqodur.

Çalışdırıcının mövqeyinə hörmətlə yanaşan rəhbərlik Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə artıq danışıqlara başlayıb. Yayda BATE-dən gəlmiş afrikalının müqaviləsinin 2026-cI ilin iyununda bitəcəyini xatırladaq.

Gəncə təmsilçisi oktyabrdan bəri 4 legionerə qapını göstərib.

Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri və braziliyalı hücumçu Vitor Feijao həmin vaxt yola salınmışdısa, polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdo Qomeşlə bu gün ölkəmizlə vidalaşıb.

Onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

SPORTİNFO.AZ

Seçilən
52
sportinfo.az

1Mənbələr