AZ

Qaydalardan bixəbər sürücü ard arda qəza təhlükəsi yaratdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Səbail rayonunda ard-arda qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 20-də saat 17:16 radələrində qeydə alınıb.

Rəşid Behbudov küçəsi istiqamətində hərəkətdə olan 77-MD-668 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü düzgün zolaqda yerləşməyib. Belə ki, yalnız düzünə hərəkət icazəsi olan zolaqda dayanan sürücü sağa – Xaqani küçəsinə dönüb. Nəticədə o, görüntünü qeydə alan maşının sürücüsünə qəza şəraiti yaradıb.

Bundan da geri qalmayan sürücü bir neçə saniyə sonra yenidən xəta edib. Kadrdan görünür ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edərək dayanıb. Xoşbəxtlikdən ikinci dəfə təhlükə ilə üzləşən sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıb.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
avtosfer.az

1Mənbələr