AZ

Praqada kabel oğurluğuna görə dəmiryolunda hərəkət iflic oldu

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Praqada dəmiryol xəttində 70 metr kabelin oğurlanması hərəkəti iflic edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq dünən səhər saatlarında baş verib.

Nəticədə şəhərətrafı elektrik qatarlarının hərəkətində fasilə yaranıb. Bir neçə reys ümumiyyətlə ləğv edilib. Oğurluq ölkədaxili və beynəlxalq reyslərə də təsirsiz ötüşməyib. Günün ikinci yarısında oğurlanmış kabellər yenisi ilə əvəz edildikdən sonra hərəkət bərpa olunub.

Qeyd edək ki, dəmiryolu administrasiyasından verilən məlumata görə, oğru qısa zamanda tutulub. Günahı sübut olunacağı təqdirdə onu 8 illik həbs cəzası gözləyir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
525.az

1Mənbələr