Ajans.az xəbər verir ki,bu barədə xarici medianın məlumatına görə, Taylandın xarici işlər naziri Sihasak Phuangketkaew bildirib. Qərar bu gün Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya xarici işlər nazirlərinin görüşündə qəbul edilib. Nazir qeyd edib ki, Tayland Kamboca ilə atəşkəs rejiminin tətbiqi imkanlarını müzakirə etməyə hazırdır. "Kamboca tərəfinin təklifinə uyğun olaraq görüş 24 dekabrda Taylandın Çantaburi əyalətində keçiriləcək", - deyə o əlavə edib. Sihasak Phuangketkaew vurğulayıb ki, atəşkəs şərtləri ilə bağlı razılaşma hər iki tərəf üçün "lazım olduğu qədər" vaxt apara bilər. "Sadəcə atəşkəs elan edib sonra ona əməl olunmasını gözləmək olmaz. Biz möhkəm öhdəliklər və ətraflı icra planı istəyirik", - deyə nazir qeyd edib.