AZ

 ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Səhiyyə Nazirliyində olub

Səhiyyə Nazirliyində ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili xanım Emi Karlon ilə görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az Səhiyyə Nazirliyindən bildirilib.


Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Vaşinqtonda imzalanmış Azərbaycan və ABŞ hökumətlərarası imzalanmış Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığının yeni strateji mərhələsinin təməlini qoyduğunu bildirib.
Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Səhiyyə sisteminin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayan Teymur Musayev, ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığın qurulmasının önəmini qeyd edib. Eyni zamanda, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.

 

 

Həmçinin, Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə tibbi müəsissələrinin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verilib.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Emi Karlon Prezident İlham Əliyevin tarixi səfərinin və səfər zamanı Azərbaycan və ABŞ hökumətləri arasında imzalandığı Anlaşma Memorandumunun mahiyyətini xüsusən vurğulayıb.
Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Emi Karlon bu istiqamətdə ABŞ-nin dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
51
1
bakivaxti.az

8Mənbələr