AZ

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Liderin məzarını ziyarət edib  

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.

Seçilən
35
8
azerbaijan-news.az

9Mənbələr