AZ

Böyük Britaniyada mağazalardan oğurluq halları ciddi problemə çevrilib

London, 22 dekabr, AZƏRTAC

Böyük Britaniyada mağazalardan oğurluq halları kəskin şəkildə artaraq ciddi problemə çevrilib.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, ötən il ölkə üzrə 20 milyondan çox mağaza oğurluğu hadisəsi qeydə alınıb. Polisin açıqladığı rəqəmlər göstərir ki, İngiltərə və Uelsdə pərakəndə oğurluq halları sürətlə artmaqda davam edir və hər gün 800-dən çox mağaza oğurluğu işi şübhəli şəxs müəyyən edilmədən bağlanır.

Statistikaya əsasən, istintaq nəticəsi əldə olunmayan mağaza oğurluqlarının sayı 2019-2020-ci illə müqayisədə 65 faiz artaraq, cari ildə təxminən 295 min 600 hadisəyə çatıb. Qeydə alınan hadisələrin beşdə birindən azı ittihamla nəticələnib. Mütəxəssislər mağaza oğurluqlarının artmasını həm iqtisadi çətinliklər, həm də hüquq-mühafizə orqanlarının resurs çatışmazlığı ilə əlaqələndirirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
82
2
azertag.az

3Mənbələr