
Azərbaycanda satılan mal ətləri alıcıların narahatlığına səbəb olub
AFN.az Musavat.com-a istinadən xəbər verir ki, bazarlarda və bəzi satış nöqtələrində rast gəlinən mal ətləri alıcıların diqqətini çəkib. Əsas narahatlıq məhsulların mənşəyinin göstərilməməsi və təhlükəsizlik barədə məlumatın açıqlanmamasıdır.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ətin təbii kəsim formasına bənzəmədiyi qeyd olunur. Kub şəklində təqdim olunan ətlərin sənaye üsulu ilə formalaşdırıldığı və ya iri həcmdə dondurularaq sonradan bölündüyü ehtimalları irəli sürülür. Ətin klassik sümük və lif quruluşunun seçilməməsi də alıcıların diqqətini çəkib.
Digər tərəfdən, bu məhsulların bazar qiymətindən xeyli aşağı olması istehlakçıların şübhələrini artırıb. Yerli bazarda təzə mal ətinin qiyməti adətən daha yüksək olduğu üçün alıcılar məhsulun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı narazılıqlarını ifadə edirlər.